Pedri sıradan çıxıb

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Pedrinin aldığı yeni zədə ilə bağlı fikirlərini bölüşüb.

23 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Praqa “Slaviya”sına qarşı keçirilən oyununda xəsarət alıb. Dünən baş tutan qarşılaşma Kataloniya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra jurnalistlərə açıqlama verən almaniyalı çalışdırıcı, vəziyyətin hələ tam aydın olmadığını bildirib:

“Nə varsa, odur. Bəzən belə hallar olur. Onun budun arxa əzələsində problemi var, amma zədənin nə dərəcədə ciddi olduğunu hələ bilmirik. Gözləyib baxacağıq”.

İlkin proqnozlara əsasən, Pedri təxminən bir ay yaşıl meydanlardan uzaq qala bilər.

“Barselona” yanvarın 25-də La Liqa çərçivəsində “Ovyedo” ilə qarşılaşacaq, 28-də isə Çempionlar Liqasının ümumi mərhələsinin son turunda “Kopenhagen”i qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button