“Arsenal”ın az qol buraxması Terrini narahat edir

“Çelsi”nin sabiq müdafiəçisi Con Terri “Arsenal”ın bu mövsüm müdafiədə göstərdiyi oyunu yüksək qiymətləndirib.

“Topçular” Premyer Liqanın cari mövsümündə cəmi 5 qol buraxıblar. Bu qolların ikisi son matçda – “Sanderlend”lə oyunda qeydə alınıb.

Ən yaxşı müdafiə rekordu isə Joze Mourinyonun 2004/05 mövsümündəki “Çelsi”sinə məxsusdur. Həmin mövsüm London klubu çempionatı cəmi 15 buraxılan qolla tamamlamışdı.

Komanda.az xəbər verir ki, Terri “Arsenal News Channel”-a açıqlamasında belə deyib:

“Deməliyəm ki, bir az narahatam. Hər həftə “Arsenal”ın oyunlarını izləyirəm. Onları təqdir etmək lazımdır. Rekordumuzu qırmağın hələ də çox çətin vəzifə olduğunu düşünürəm, amma etiraf edim ki, bir az nigaranam”.

Mikel Artetanın komandası növbəti turda evdə “Tottenhem”i qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button