Vlahoviç Almaniya klubunun transfer siyahısındadır

“Yuventus”un hücumçusu Duşan Vlahoviç “Bayern”in potensial transfer hədəflərindən biri olaraq qalır.

Serbiyalı forvard gələn yay azad agent statusu qazana bilər, çünki onun turinlilərlə müqaviləsinin müddəti başa çatacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi oktyabrdan bəri 25 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlamayıb. Ancaq bu, ona marağın itdiyi anlamına gəlmir.

Vlahoviç cari mövsümdə “Yuventus”un heyətində 14 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button