“Biz 16 oyundur qalib gəlirik, amma sabah hər şey yenidən sıfırdan başlayır”

“Bayern” bu mövsümdə ardıcıl 16-cı qələbəsini qazanaraq uğurlu seriyasını davam etdirib.

Münhen təmsilçisi UEFA Çempionlar Liqasının səfər matçında PSJ üzərində 2:1 hesablı qələbə əldə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Vensan Kompani oyundan sonra futbolçularına verdiyi mesajı açıqlayıb:

“Mən həmişə oyunçulara deyirəm: Ətrafda səs-küy varsa, hamısına inanmayın, siz elə də mükəmməl deyilsiz. Uduzanda da düşünməyin ki, siz zəifsiz. İndi biz 16 oyundur qalib gəlirik, amma sabah hər şey yenidən sıfırdan başlayır. Qarşımıza qoyduğumuz məqsəd növbəti oyunu qazanmaqdır”.

“Bayern” ardıcıl qələbələrin sayı baxımından Avropanın top-liqaları arasında yeni rekord müəyyənləşdirib. Komandanın növbəti rəqibi Bundesliqa çərçivəsində, noyabrın 8-də “Union” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button