
“Real” “Qarabağ”ın rəqibinin oyunçusu ilə maraqlanır
“Real”ın prezidenti Florentino Peres “Liverpul”un vingeri Rio Nqumohaya maraq göstərir.
Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, İspaniya təmsilçisinin rəhbəri 17 yaşlı istedadın böyük pərəstişkarıdır.
Maraqlıdır ki, gənc futbolçunun özü də “Real” azarkeşi hesab olunur.
Rio Nqumoha ötən həftə “Nyukasl”a (3:2) qarşı Premyer Liqa oyununda debüt edib və qələbə qolunu vuraraq tarixə düşüb. O, Premyer Liqada “Liverpul”un qol vuran ən gənc oyunçusu adını qazanıb.
“Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



