
“Real” Rodriqonun qiymətini açıqlayıb
“Real” hücumçusu Rodriqonu yaxşı maliyyə təklifi olduğu halda satmağa hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçuya İngiltərə Premyer Liqasının aparıcı klublarının marağı var.
“Kral klubu” 24 yaşlı oyunçunu yalnız 120-130 milyon avro arası təzminat müqabilində buraxmağa razıdır.
Daha əvvəl “Arsenal” və “Liverpul”un Rodriqonu transfer etmək istədikləri ilə bağlı iddialar gündəmə gəlmişdi.
Rodriqo 2019-cu ilin iyulundan bəri “Real”ın formasını geyinir. Onun müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



