ÇL: Polşalı hakim “Barselona” tərəfinin tənqidlərinə münasibət bildirdi
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter” – “Barselona” matçının baş hakimi Şimon Marçinyak ona ünvanlanan tənqidlərə münasibət bildirib.
Matçın başa çatmasından sonra Kataloniya klubunun futbolçuları hakimin işindən narazı olduqlarını gizlətməyib, komandanın baş məşqçisi Hans-Diter Flik də onu tənqid edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı referi heç kimə zərər vermədiyini bildirib:
“Flik və “Barselona” oyunçularının şərhləri sadəcə absurddur. Bu axmaq ifadələrə nə deyə bilərəm? Heç kimə zərər verməmişəm”.
Mayın 6-da baş tutan görüş 4:3 (ümumi 7:6) hesabı ilə başa çatıb. Milan təmsilçisi finala yüksəlib. Komanda Çempionlar Liqasının finalında PSJ ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



