İkinci oyunda “Abşeron” qalib gəldi

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində daha bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında “Abşeron” və “Naxçıvan” kollektivləri üz-üzə gəlib.

Görüş birincilərin 85:79 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında baş tutan ilk matçda “Naxçıvan” (88:83) qalib gəlmişdi.

Bununla da seriyada bərabərlik yaranıb. Yarımfinala yüksələcək kollektivin adına üçüncü qarşılaşmadan sonra aydınlıq gələcək.

Daha əvvəl “Sabah”, “Neftçi” və “Şəki” yarımfinala vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button