
“Şəmkir”dən Qubada çətin qələbə
2-ci Liqada 14-cü turun növbəti oyunları keçirilib.
Komanda.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Hypers Quba” – “Şəmkir” matçında qonaqlar seviniblərsə, “Şəki Siti” evdə “Lerik”i məğlub edib.
Bu gün keçirilməli olan “Ağdaş” – “Şimal” matçı isə baş tutmayıb. Buna arenanın ot örtüyünün qardan təmizlənməməsi səbəb olub.
Daha öncə “Şahdağ Qusar” – “Kür-Araz” matçı da baş tutmamışdı.
2-ci Liqa
14-cü tur
1 mart
“Hypers Quba” – “Şəmkir” 1:2
Qollar: Cavid İmamverdiyev, 59 – Vidadi Cəfərov, 41; 89.
Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Niyaz Əhmədov.
“Şəki Siti” – “Lerik” 2:0
Qollar: Revazi Otaraşvili, 63. Xaliq Şabanov, 70.
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Sevda Nuriyeva, Nəriman Ağayev.
“Ağdaş” – “Şimal” matçı baş tutmayıb
Hakimlər: Şamil İmanzadə, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Bizi Facebook-da izləyin