ÇL: “Araz-Naxçıvan”ın oyunlarına hakim təyinatları bəlli olub

Azərbaycanı futzal üzrə UEFA Çempionlar liqasında təmsil edən “Araz-Naxçıvan”ın oyunlarına təyinatlar açıqlanıb.

Komanda.az Azərbaycan futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilkin mərhələdə mübarizə aparacaq komandanın avqustun 21-də “Sparta Belfast” (Şimali İrlandiya), ertəsi gün “Sillamae Silla” (Estoniya) ilə keçirəcəyi matçları idarə edəcək referilər bəlli olub.

UEFA Çempionlar Liqası, ilkin mərhələ

21 avqust

18:00. Araz-Naxçıvan – Sparta Belfast (Şimali İrlandiya)
Hakimlər: Trayan Ençev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya)
Timekeeper: Kastriot Gerxhaliu (İsveç)
Hakim-inspektor: Timo Onatsu (Finlandiya)
UEFA nümayəndəsi: Andris Utinans (Latviya)

22 avqust

18:00. Sillamae Silla (Estoniya) – Araz-Naxçıvan
Hakimlər: Daniel Stauber, Trayan Ençev, Pavel Tokareviç (Polşa)
Timekeeper: Kastriot Gerxhaliu
Hakim-inspektor: Timo Onatsu
UEFA nümayəndəsi: Andris Utinans

24 avqust

16:00. Uddevalla – Araz-Naxçıvan

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button