İlk pley-off görüşündə “Hypers” qalib gəldi

Azərbaycan 2-ci Liqasını 13-cü sırada başa vuran “Şəfa” klubu Region Liqasının ikincisi “Hypers” klubu ilə üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, 2024/2025 mövsümündə 2-ci Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü “ASCO Arena”da baş tutub.

Qarşılaşma “Hypers” kollektivinin 2:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında cavab görüşü iyunun 5-də gerçəkləşəcək.

İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan 2-ci Liqasında çıxış etmək hüququ qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button