Qvardiola: “Liverpul”a heyranam”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında “şəhərlilər”in əzəli rəqibi olan “Liverpul” haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı “Liverpul”a heyran olduğunu bildirib:

“Liverpul”a heyranam. Bu mövsüm nə olur olsun, mən “Liverpul”a heyranam. Bu komanda altı-yeddi ildir bizə qarşı çıxan əsl rəqibdir. Komandanın kuboku qaldırıb-qaldırmamasını mühakimə etmirəm. Mövsümdən sonra çoxlu sayda oyundan danışırıq. Onlar hələ də kuboklara yaxındırlar”.

“Mançester Siti” Premyer Liqanın cari mövsümünün 32 turundan sonra 73 xal toplayaraq 1-ci pillədə qərarlaşıb. Eyni sayda oyundan sonra “Liverpul” 71 xal toplayıb və 3-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button