2023-cü ilin ən bahalı heyəti məlum olub

“Mançester Yunayted”in 2023-cü il üçün komandası tarixin ən bahalı heyəti olaraq qiymətləndirilib.

Komanda.az UEFA-ya istinadən xəbər verir ki, “Mançester Yunayted”in heyəti 1,422 milyard avro dəyərində qiymətləndirib. Əvvəlki rekord İspaniyanın “Real” klubuna məxsus olub. “Kral klubu”nun 2020-ci ildə heyətinin transfer dəyəri 1,33 milyard avro olaraq qiymətləndirilib.

Siyahıda dəyərinə görə ikinci və üçüncü yerləri müvafiq olaraq “Mançester Siti” (1,286 milyard avro) və “Çelsi” (1,084 milyard avro), dördüncü yeri “Real” (1,031 milyard avro), beşinci yeri isə PSJ (938 milyon avro) tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button