Şahruddinin komandası xal itirdi, “Beşiktaş”la “Fənərbaxça” qalib gəldi

Türkiyə Super Liqasında 13-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

“Antalyaspor” – “Rizəspor” matçında qapılara qol vurulmayıb. “Kayserispor” – “Adana Dəmirspor” matçında da qalib müəyyənləşməyib. Qonaq komandanın formasını geyinən Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Səfərdə “Samsunspor”la qarşılaşan “Beşiktaş” çətin qələbəyə sevinib. “Fənərbaxça” da “Fatih Karagümrük”ə qalib gəlib.

Türkiyə Super Liqası
13-cü tur

25 noyabr

İstanbulspor – Hatayspor 2:1
Qollar: Loşay, 26. Mamadu, 79 – Dadaşov, 48-pen.

Qaziantep – Ankaragücü 0:1
Qol: A.Uludağ, 45+4.

Konyaspor – Kasımpaşa 2:0
Qollar: Çikalleşi, 64. Gilyerme, 77.

Qalatasaray – Alanyaspor 4:0
Qollar: İkardi, 37. Mertens, 45; 59. Zaha, 70.

26 noyabr

Kayserispor – Adana Dəmirspor 1:1
Qollar: Morte, 73 – Y.Erdoğan, 45+2.

Antalyaspor – Rizəspor 0:0

Samsunspor – Beşiktaş 1:2
Qollar: Marius, 25 – C.Tosun, 17. Colli, 84.

Fənərbaxça – Fatih Karagümrük 2:1
Qollar: Tadiç, 48-pen; 58 – C.Keleş, 39.

27 noyabr

21:00. Başakşəhər – Pendiskpor
21:00. Sivasspor – Trabzonspor

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button