Avropa Liqası: “Bayer” – “Qarabağ” matçı 6-cıdır
UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib.
Komanda.az xəbər verir ki, Almaniyada yerli “Bayer” və “Qarabağ” arasında baş tutan qarşılaşma 6-cı sırada yer alıb.
“Bay Arena”dakı görüşdə 29039 tamaşaçı olub.
Ən çox azarkeş isə “Marsel” (Fransa) – AEK (Yunanıstan) matçında (65092 nəfər) qeydə alınıb.
“Qarabağ” səfərdə rəqibinə 1:5 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin