Azərbaycan millisinin Kiprlə oyununun təyinatları açıqlanıb
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Kipr yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının 1-ci turunun oyununa təyinatlar açıqlanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Yelena Qobjilaya Natalia Çeban və Ana Çiobotaru laynsmanlar qismində kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Oksana Çruç yerinə yetirəcək.
Sentyabrın 22-də “Dalğa Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin