“Çempionlar Liqası ritmində oyun göstərdik” – Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatının 3-cü turunun matçında “Lans” üzərində qazanılan qələbə (3:1) haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı baş məşqçi oyunu belə şərh edib:

“Matçda cərəyan edən hadisələr xoşuma gəldi. Amma futbol sürprizlərlə doludur. Çempionlar Liqası ritmində oyun göstərdik. Futbolçularım yaxşı müdafiə olunan komandaya qarşı cəsarətli oldular. Çoxlu qol imkanları yaratdıq”.

PSJ Fransa çempionatının cari mövsümündə ilk qələbəsini qazanıb və 5 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button