“Atletiko” futbolçusunu icarəyə göndərir
“Atletiko” müdafiəçisi Santyaqo Mourinyonu “Saraqosa”ya icarəyə göndərir. Tərəflər məsələ ilə bağlı razılıq əldə ediblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu tibbi müayinədən uğurla keçsə, 1 illik müqaviləyə imza atacaq.
“Hindular” 21 yaşlı uruqvaylını ötən ay ölkəsinin “Rasinq” klubundan transfer etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin