“Latsio” ilə müqaviləsini yeniləyəcək
“Latsio”nun ispaniyalı yarımmüdafiəçisi Luis Alberto klubla müqaviləsini yeniləyəcək.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə sözləşmənin müddəti 2027-ci ilə qədər uzadılacaq. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Alberto 2016-cı ildə “Liverpul”dan Roma klubuna keçib. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 44 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin