PSJ-nin yeni baş məşqçisi bəlli oldu
Fransanın PSJ komandasının yeni baş məşqçisi bəlli olub.
Komanda.az xəbər verir ki, bu vəzifəyə Luis Enrike gətirilib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı mütəxəssis Paris təmsilçisinin sükanı arxasında bu gün istefaya göndərilən Kristofer Qaltyeni əvəzləyib. 53 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb.
Enrikenin son iş yeri İspaniya millisi olub. O, məşqçilik karyerası ərzində İtaliyanın “Roma”, ölkəsinin “Selta” və “Barselona” klublarına da rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin