Prokurorluq Neymarı cərimələyib

Braziliyanın Rio-de-Janeyro şəhərinin prokurorluğu PSJ-nin və Braziliya millisinin hücumçusu Neymarı cərimə edib.

Komanda.az G1 portalına istinadən xəbər verir ki, buna səbəb “sambaçı”nın evinin yaxınlığında yerləşən gölməçəni abadlaşdırmaq üçün bitki örtüyünü yararsız hala salması olub. Bu səbəbdən, o, 16 milyon Braziliya realı (təxminən 3,3 milyon avro) cərimə ödəməli olacaq.

Aparılan araşdırmalardan sonra futbolçunun malikanəsində qeyri-qanuni şəkildə bitki örtüyünün aradan götürüldüyü və səlahiyyətli şəxslərin qadağasına baxmayaraq, onun gölməçədə istirahət etdiyi müəyyən olunub.

Neymarın 20 gün ərzində məhkəmənin qərarından apellyasiya şikayəti vermək hüququ var. O, bunu etdikdən sonra müraciəti qəbul edilməsə, cəriməni ödəməli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button