Keynin atası və qardaşı ilə görüşdü – PSJ-nin prezidenti
PSJ-nin prezidenti Nasser Əl-Xələfi “Tottenhem”in hücumçusu Harri Keynin atası və qardaşı ilə görüşüb.
Komanda.az “Sports Zone”-yə istinadən xəbər verir ki, Paris klubu 29 yaşlı hücumçunu heyətinə qatmaq fikrindədir. Komandanı çalışdıracağı deyilən Luis Enrike də keçidə müsbət yanaşır.
İngiltərə millisinin üzvünün Premyer Liqa klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Keyn 2022/23 mövsümündə 30 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin