“O qədər də bərbad məşqçi deyiləm” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 37-ci turunun “Aston Villa” ilə matçından sonra (1:1) açıqlama verib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, Avropa Liqasına vəsiqə qazanmağın asan başa gəlmədiyini deyib:
“Nəticə çox məyusedicidir. Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə apardıq, lakin rəqiblərimiz daha çox xal topladılar. İstərdim ki, bu mövzuda rəqabət son tura qədər davam etsin. Amma artıq gecdir.
Növbəti mövsümdə Avropa Liqasında mübarizə aparacağıq. Gəlin, bu turniri qazanaq. O qədər də bərbad məşqçi deyiləm. Həmin turnirə vəsiqə qazanmağın özü belə, uğurdur. Çünki çox ciddi və güclü rəqiblərimiz var idi. Çətin idi, amma bacardıq. Orada nələr edəcəyimizi görəcəksiz”.
“Qırmızılar” hazırda ölkə çempionatının turnir cədvəlində 66 xalla 5-ci, “Aston Villa” isə 58 xalla 7-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin