Azərbaycan gimnastlarından AÇ-də daha bir “bürünc”
Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında qrup hərəkətləri komandaları arasında çoxnövçülük proqramı üzrə qaliblər müəyyənləşib.
Komanda.az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüblər.
Qrup hərəkətləri üzrə komandalar arasında 5 halqa və 3 lent və 2 topla hərəkətlərin icrasında finalçılar da müəyyənləşib. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri 5 halqa, 3 lent və 2 topla hərəkətlərin icrasında finala vəsiqə əldə ediblər.
Çempionat mayın 21-də yekun vurulacaq.
Bizi Facebook-da izləyin