PSJ rəsmisi Harri Keynin nümayəndələri ilə görüşüb

PSJ “Tottenhem”in hücumçusu Harri Keyni transfer etməyi düşünür.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, Paris klubunun idman müşaviri Luis Kampos bu yaxınlarda “Tottenhem”in hücumçusunun nümayəndələri ilə görüşüb.

Məlumata görə, Lionel Messinin gözlənilən gedişi ilə əlaqədar PSJ “Napoli”nin hücumçusu Viktor Osimhen variantını da nəzərdən keçirir. Lakin parislilər üçün prioritet “Mançester Siti”dən Bernardo Silvanı transfer etməkdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button