“Atletiko” axtardığını İngiltərədə tapdı

İspaniya La Liqasında mübarizə aparan “Atletiko” Antuan Qrizmannın əvəzləyicisini İngiltərədə tapıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu “Mançester Yunayted”in hücumçusu Aleksis Sançesi heyətinə qatmaq niyyətindədir. “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin çilili futbolçunun xidmətində maraqlı olduğu və tezliklə danışıqların başlayacağı bildirilir.

Bundan başqa, Sançesin “Yuventus” və “İnter”in də maraq dairəsində olduğu deyilir.

“Mançester Yunayted”lə 2022-ci ilədək müqaviləsi olan 30 yaşlı futbolçu, bu mövsüm keçirdiyi 27 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button