“Dinamo” liderlə xal fərqini azaltdı

Kişi həndbolçuların Azərbaycan çempionatında təxirə salınmış iki turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “AHF Arena”da təşkil olunan yarışın 7-ci turunda “Təhsil” – “Məhsul” görüşü daha çox diqqət çəkib.

Fasiləyə 1 top fərqi ilə üstün yollanan “Təhsil” həndbolçuları 2-ci hissədə “Məhsul”un ciddi müvqaviməti ilə üzləşiblər. Buna baxmayaraq, nominal ev sahibləri matçı qələbə ilə başa vurublar – 21:20. Bu komandaların 8-ci tura təsadüf edən qarşılaşmasında da “Təhsil” qələbə qazanıb -17:16.

“Dinamo” U 16-nı hər iki turda məğlub edib. 7-ci turda 54:22 hesabı ilə üstün olan “dinamoçular” digər görüşdə də böyük hesablı qələbəyə seviniblər – 60:32.

“Bakı” da da hər iki turun oyununda rəqibinə qalib gəlib. Paytaxtın eyniadlı komandası RİOEUGİM kollektivi ilə oyunlarda müfafiq olaraq 37:24 və 30:18 hesablı qələbə qazanıb.

“İdman Akademiyası” 54 xalla turnir cədvəlinə başçılıq edir. “Dinamo” ondan 6 xal geri qalır. “Təhsil” 42 xalla 3-cü, “Məhsul” 41 xalla 4-cü yerdədir. 19 xalı olan “Bakı” 5-ci pillədə qərarlaşıb. RİOEUGİM və U-16 6 xalla autsayderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button