Tixonovla Teymurova medalsız qaldılar

Martın 9-dan 12-dək Milli Gimnastika Arenasında keçirilən kişi və qadın idman gimnastikası üzrə dünya kubokuna yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan yığması doğma meydandakı bu yarışda bir medalla kifayətlənib.

Nikita Simonovun qızıl medal qazandığı yarışda bu gün daha iki idmançımız final sınağına çıxıb. Finalda ölkəmizi təmsil edən İvan Tixonov turnik, bu ildən etibarən böyüklər arasında mübarizə aparan Nazənin Teymurova isə sərbəst hərəkətlərin icrasında 8-ci olub. Samirə Qəhrəmanova mübarizəni təsnifatda dayandırmışdı.

Xatırladaq ki, Azərbaycanda gimnastika növləri üzrə keçirilən 2023-cü ilin ikinci beynəlxalq yarışında bütövlükdə 48 ölkədən 173 idmançı mübarizə aparıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button