“Liverpul” “Real”a böyük hesabla uduzdu, “Napoli” qalib gəldi
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Komanda.az xəbər verir ki, hər iki oyun saat 00:00-da başlayıb.
Gecənin maraqla gözlənilən matçı İngiltərədə – “Liverpul”la “Real” arasında keçirilib. Məhsuldar keçən qarşılaşmada Madrid təmsilçisi əzmkar qələbəyə sevinib.
“Napoli” isə Almaniyada “Ayntraxt”ın qonağı olub. İtaliya təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
1/8 finalın əvvəlki oyunlarında “Milan” “Tottenhem”ə, “Bayern” PSJ-yə, Dortmund “Borussiya”sı “Çelsi”yə 1:0, “Benfika” “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası, 1/8 final mərhələsi
İlk oyunlar
21 fevral
Liverpul (İngiltərə) – Real (İspaniya) 2:5
Qol: D.Nunes, 4. Salah, 14 – Vinisius, 21; 36. Militao, 47. Benzema, 55; 67.
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Liverpul, “Enfild” stadionu
Ayntraxt (Almaniya) – Napoli (İtaliya) 0:2
Qol: Osimhen, 40. Di Lorentso, 65.
Baş hakim: Artur Diaş (Portuqaliya)
Frankfurt, “Frankfurt” stadionu.
Bizi Facebook-da izləyin