Salah Dalqlişi keçdi

İngiltərə kubokunun 1/32 final mərhələsinin “Vulverhempton”la matçı (2:2) “Liverpul”un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin görüşdə misirli hücumçu qol vurmaqla klubun əfsanəvi futbolçusu Kenni Dalqlişi qabaqlayıb.

Salah “Liverpul” formasıyla 173-cü qolunu vurub və Dalqlişi keçib. Mersisayd təmsilçisinin ən çox qol vuran futbolçusu isə Yan Rayşdır – 346 qol. İlk üçlüyü Rocer Hant (285 qol) və Qordon Hocson (241 qol) tamamlayır.

İngiltərə kubokunun 1/32 final mərhələsinin “Liverpul” – “Vulverhempton” matçı bərabərliklə bitdiyi üçün (2:2) cütün qalibi cavab qarşılaşmasından sonra bəlli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button