Klopp hakimləri sobaya bənzətdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 19-cu turunun “Brentford”la matçından sonra (1:3) açıqlama verib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, oyunun hakimlərini tənqid edib:

“Siz nə vaxtsa futbol oynamısınızsa, bunu bilirsiz: yüngül bir təkan belə, tarazlığınızı saxlamaqda sizə çətinlik törədə bilər. İbrahima Konate də həmin epizodda bunu yaşadı.

Hakimlərlə söhbət etmək? Əslində, bu, mənim mikrodalğalı sobamla danışmağım kimidir: heç bir cavab almıram. Mən hakimlərdən bizim xeyrimizə heç nə gözləmirəm”.

“Liverpul” turnir cədvəlində 28 xalla 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button