“Kəpəz” “Sabah”la oyuna doğma arenada hazırlaşır
Misli Premyer Liqasının 9-cu turunda səfərdə “Sabah”la qarşılaşacaq “Kəpəz” hazırlıq prosesini davam etdirir.
Komanda.az xəbər verir ki, “sarı-göylər” Gəncə şəhər stadionunun təbii örtüklü meydançasında gündə bir dəfə məşq edirlər.
Yeni transfer, xorvatiyalı qolkiper Mario Mustapiç də məşqlərdə iştirak edir.
“Sabah” – “Kəpəz” oyunu oktyabrın 9-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin