Millətlər Liqasının oyunu elektrik enerjisinin kəsilməsinə görə gec başladı

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 2-ci turunun Avstriya – Danimarka oyunu planlaşdırılan vaxtda başlamayıb.

Komanda.az xəbər verir ki, buna “Ernst Happel” stadionunda elektrik enerjisinin kəsilməsi səbəb olub.

Vyana şəhərinin əksər ərazilərinin işıqsız qalması bu oyunun da startını gecikdirib. Qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlamalı olsa da, 1.5 saat gecikib və 00:15-də start götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button