50-ci səfər qolu

“Səbail” Premyer Liqada 50-ci səfər qolunu vurub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu, 21-ci turun “Qarabağ”la matçına təsadüf edib. Bakı klubunun 1:5 hesabı ilə uduzduğu görüşdə vurulan yeganə top rəqib meydanlarındakı 50-ci qol olub. Bu qola penaltidən fərqlənən Nikolas Raysel imza atıb.

“Səbail” səfərdəki 50-ci qolu 62-ci oyunda vurub.

“Qarabağ”la görüşdə buraxılan ilk top isə paytaxt klubunun səfərdə öz qapısında gördüyü 100-cü qol olub. Bakılılar ümumilikdə 62 səfər oyununda 104 dəfə rəqibin fərqlənməsinə şahid olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button