“Bayern”dən Yusuf Kabadayı ilə yeni müqavilə

Almaniyanın “Bayern” klubu gənc futbolçusu Yusuf Kabadayı ilə yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Bayern”in öz yetirməsi olan 18 yaşlı futbolçu 2.5 illik yeni müqaviləyə imza atıb. Onun bundan sonra klubun U-19 komandasında forma geyinəcəyi diqqətə çatdırılıb.

10 ildir bu klubun akademiyasında olan Yusuf Kabadayı yeni müqavilə ilə bağlı bunları söyləyib: “U-8-dən bəri burada çıxış edirəm. Başqa bir klub üçün oynamağı xəyal edə bilmirəm. Mənə güvəndikləri üçün minnətdaram”.

Hücumçu olan Kabadayı, Almaniyanın U-18 yığmasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button