“Real”dan Çempionlar Liqasında 1000-ci qol

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Donetsk “Şaxtyor”u (Ukrayna) ilə ev oyunu Madrid “Real”ı üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, İspaniya təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin tarixinə 1000 qol vuran ilk komanda kimi düşüb.

Madrid təmsilçisinin yubiley qoluna matçın 14-cü dəqiqəsində hesabı açan Kərim Benzema imza atıb. O, komanda yoldaşı Junior Vinisiusun ötürməsini dəqiq tamamlayıb. 39-cu dəqiqədə Ukrayna təmsilçisi hesabda tarazlıq yaratsa da, “Real” 61-ci dəqiqədə yenə Vinisius və Benzemanın sayəsində önə keçməyi bacarıb. Benzema bu oyunda dubla imza atmaqla cari mövsümdə ÇL-də 4-cü qolunu vurub, bütövlükdə isə bu mövsüm “Real”da 21 qolda birbaşa iştirak edib.

Benzema indiyə qədər Çempionlar Liqasında 75 qol vurub. O, bu turnirdə azı 75 qol vurmağı bacaran 5 futbolçudan biridir. Fransalı hücumçunu yalnız üç futbolçu qabaqlayır:

Kristiano Ronaldo – 139
Lionel Messi – 123
Robert Levandovski – 81
Kərim Benzema – 75

Sonda onu da xatırladaq ki, “Real”dan sonra UEFA Çempionlar Liqasında ən çox qol vura bilən ikinci komanda Almaniyanın “Bayern” klubudur. Münhen təmsilçisi indiyə qədər bu turnirdə 768 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button