MS Keyndən vaz keçdi, Keyn də qol vurmaqdan

“Tottenhem”də çıxış edən Harri Keyn mövsümə uğursuz başlayıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı hücumçu Premyer Liqada 6 turdan sonra qol hesabını aça bilməyib. Bu, Keyn üçün son 6 ilin ən pis başlanğıcıdır.

Keyn bu mövsüm “Tottenhem”lə üç qol vurub ki, bunlardan 2-si Avroliqa, 1-i isə İngiltərə kuboku oyununa təsadüf edib.

“Mançester Siti” klubu bu yay Keyni heyətinə qatmaq üçün bir neçə dəfə rəsmi təklif göndərib. Lakin “Tottenhem” rəhbərliyi ingilis hücumçu üçün yüksək məbləğ istədiyinə görə “şəhərlilər” bu transferdən vaz keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button