İtaliya millisinin keçmiş futbolçusu özünə yeni klub tapdı
İtaliyanın “Torino” klubundan ayrılan Salvatore Siriqunun yeni ünvanı məlum olub.
Komanda.az xəbər verir ki, 34 yaşlı qapıçı “Cenoa” klubuna keçib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Siriqu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Siriqu İtaliya yığmasında 27 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin