AÇ-2020: Yarımfinal cütləri müəyyənləşdi

AÇ-2020-də yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, İtaliya və İspaniyanın ardından bu gün İngiltərə və Danimarka yığmaları da yarımfinala vəsiqə qazanıb.

Beləliklə, növbəti mərhələdə İtaliya İspaniyaya, Danimarka isə İngiltərəyə rəqib olub.

Yarımfinala iyulun 6-da start veriləcək. İlk oyun günündə İtaliya – İspaniya matçı baş tutacaq. Bir gün sonra isə İngiltərə – Danimarka oyunu keçiriləcək. Hər iki qarşılaşma Londondakı “Uembli” stadionunda baş tutacaq.

Qeyd edək ki, final matçı 11 iyulda keçiriləcək. Həmin oyuna da London evsahibliyi edəcək.

AÇ-2020
Yarımfinal

6 iyul

23:00. İtaliya – İspaniya
London. “Uembli” stadionu.

7 iyul

23:00. İngiltərə – Danimarka
London. “Uembli” stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button