“Turan Tovuz” liderliyini qorudu, “Sumqayıt” ilk qələbəsini qazandı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün oyunları bu gün baş tutub. “Neftçi” bu tur “Kəpəz”lə qarşılaşıb və oyun qolsuz heç-heçəylə başa çatıb. “Zaqatala” doğma meydanda “Qaradağ Lökbatan”ı, “Qarabağ” isə “Keşlə”ni məğlub edib. “Sabah” – “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib. Bununla da, Tovuz komandası liderliyini qoruyub.

Turun son oyununda MOİK “Sumqayıt”ın ikinci komandası ilə üz-üzə gəlib. Qonaqlar bu oyunda darmadağına seviniblər. Bu, sumqayıtlıların cari mövsümdəki ilk qələbəsi olub.

Birinci divizion, 9-cu tur

9 dekabr

Zaqatala – Qaradağ Lökbatan 2:0
Qol:
Bəhruz Teymurov, 56; 85.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüsal Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Kərim Ağayev
Zaqatala şəhər stadionu, 13:00

Neftçi-2 – Kəpəz 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Neftçi”nin məşq bazası (4-cü meydança), 13:00

Sabah-2 – Turan Tovuz 1:1
Qol:
Abdullah Xaibullayev, 5 – Elmir Tağıyev, 62.
Hakimlər: Rauf Allahverdiyev, Teymur Teymurov, Elman Kərimov, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena” (ehtiyat meydança), 14:00

Qarabağ-2 – Keşlə-2 1:0
Qol:
Nəriman Axundzadə, 62.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Səbuhi Əmrahov, Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00

MOİK – Sumqayıt-2 1:5
Qol:
Elvin Nəsibov, 90+1 – Elçin Əsədov, 5-pen; 12-pen. Cavidan Abbaszadə, 25; 43. İsmayıl Babayev, 45+1.
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Hidayət Feyzullayev, Rauf Cabarov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”, 16:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button