55 yaşlı hücumçu Avropa klubuna keçir
Yaponiyalı hücumçu Kazu Miura hazırda çıxış etdiyi “Suzuka” klubunu tərk edəcək.
Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, 55 yaşlı futbolçu karyerasını Avropa klubunda davam etdirmək niyyətindədir.
Hazırda karyerasını davam etdirən ən yaşlı peşəkar futbolçu adını daşıyan Miura Portuqaliyanın ikinci liqasında çıxış edən “Oliveyrense”yə transfer oluna bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin