Ayxan Abbasov “Sabah”a məğlubiyyət haqda: “Çətin oyun oldu”

“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 30-cu turnda “Sabah”ı qəbul edib.

Komanda.az xəbər verir ki, 0:3 hesabı ilə məğlub olan “şirlər”in baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov çətin oyun olduğunu bildirib:

“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Avrokuboklarda çıxış edəcək bütün komandalarımıza uğurlar arzulayıram. Azarkeşlərimizə təşəkkür edirəm.

Çətin oyun oıdu. Gənc oyunçularımız şans qazandılar və yaxşı mübarizə apardılar. Epizodlar oldu, dəyərləndirə bilmədik. Qarşıda üç oyunumuz var, gələcəkdə necə olacaq, zaman göstərəcək”.

“Şamaxı” növbəti turda “Neftçi”nin qonağı olacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button