
Houya hələ də inanırlar
“Nyukasl”ın baş məşqçisi Eddi Hou cari mövsümdəki qeyri-sabit nəticələrə baxmayaraq, rəhbərliyin etimadını qoruyur.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail Sport” məlumat yayıb.
“Sağsağanlar” xüsusilə, “Sanderlend”lə ev oyunundakı məğlubiyyətdən (1:2) sonra ciddi təzyiq altında olan mütəxəssisə inanmağa davam edir. Yay transfer pəncərəsində komandada genişmiqyaslı heyət dəyişikliyi planlaşdırılır. Klub rəhbərliyi komandanı yenidən quraraq daha güclü heyət formalaşdırmaq niyyətindədir.
Eddi Hou 2021-ci ildən “Nyukasl”ı çalışdırır. Onun komandası Premyer Liqada 31 turdan sonra topladığı 42 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



