
Laporta: “Beşinci yer hədəfimizi reallaşdırdı”
“Barselona”nın prezidenti Xuan Laporta komandasının UEFA Çempionlar Liqasının 8-ci turunda “Kopenhagen” üzərində 4:1 hesablı qələbəsi haqda danışıb.
Komanda.az xəbər verir ki, klub rəhbəri “Barca Universal” nəşrinə verdiyi açıqlamada bunları deyib:
“Kopenhagen”lə oyunda bilirdik ki, qələbəyə ehtiyacımız var və bunu təmin etdik. Beşinci yer bizim hədəfimizi – turnirin ən yaxşı 8 komandası sırasına düşməyi reallaşdırdı. Bu isə baş məşqçimiz Hans-Diter Flikə mövsümün qalan hissəsini daha sakit və aydın planlaşdırmağa imkan verir”.
“Barselona” ümumi mərhələdə 8 turdan sonra 16 xal toplayaraq, turnir cədvəlini 5-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



