ÇL: “Qarabağ”ın futbolçusu bu göstəricidə ilk “5-lik”dədir

“Qarabağ”ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox top qazanan futbolçuların siyahısında yer alıb.

Komanda.az xəbər verir ki, 32 yaşlı oyunçu bu göstəriciyə görə 5-ci pillədə qərarlaşıb.

Kolumbiyalı futbolçu Liqa mərhələsindəki 7 matçda 52 dəfə buna nail olub.

İlk sırada İspaniyanın “Atletik” klubundan Aytor Parades (68) yer alıb. İtaliyanın “Atalanta” komandasından Odilon Kossunu (56) ikinci, Qazaxıstan təmsilçisi “Kayrat”da çıxış edən Yeqor Sorokin (54) üçüncü, Çexiyanın “Slaviya” klubundan David Zima (53) dördüncüdür.

“Qarabağ” ötən gün Çempionlar Liqasının 7-ci turunun oyununda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasını 3:2 hesabı ilə üstələyib

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button