
“Gəncə” türkiyəli voleybolçu ilə müqavilə imzalayıb
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib.
Bu barədə Komanda.az-a bölgə təmsilçisindən məlumat verilib.
Türkiyəli oyunçu Aysu Elveren ilə müqavilə imzalanıb.
21 yaşlı voleybolçunun son klubu Kosova təmsilçisi “Gjinoci” olub. Elveren daha əvvəl ölkəsinin “Çanaqqala Bələdiyəspor”, “Ortakçı Orhaniyespor”, “Bahçelievler Belediyesi” və “VakıfBank” komandalarının şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



