
Azərbaycanlı qardaşlar Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları təyinat alıblar.
Komanda.az xəbər verir ki, referilər Avropa Liqasının qrup mərhələsində Xorvatiyanın “MRK Sesvete” və Şimali Makedoniyanın “Vardar” komandalarının görüşünü idarə edəcəklər.
Noyabrın 25-də Zaqreb şəhərində təşkil ediləcək qarşılaşmanın EHF nümayəndəsi kosovolu Eşrəf Beqiri olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



