4-cü dəfə dünya çempionatının finalına vəsiqə qazandı – Azərbaycan üzgüçüsü

Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 4-cü dəfə finala vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, üçqat paralimpiya çempionu 100 metr məsafəyə sərbəst üzməkdə 53.60 saniyə nəticə göstərib.

Final yarışı bu gün, saat 21:51-də başlayacaq.

Roman Saley dünya çempionatında artıq 3 medal qazanıb. O, 100 metr məsafəyə arxasıüstə üzməkdə ikinci, eyni məsafədə butterflyay üsulu və 50 metr məsafəyə sərbəst üzməkdə üçüncü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button