Məşhur aktyor Bekhemin formasında – FOTO

Amerikalı məşhur aktyor Dueyn Conson “Helloven” bayramı üçün İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin obrazını canlandırıb.

Komanda.az xəbər verir ki, 51 yaşlı aktyor “Mançester Yunayted” forması ilə fotolarını sosial şəbəkədə yerləşdirib.

Bekhem aktyorun geyiminə münasibət bildirib:

“Güzgüyə baxanda yaxşı göründüyümü düşündüm. Dostum, sənə daha böyük bir köynək lazım ola bilər!”

Bekhem 2013-cü ildə karyerasını bitirib. O, “Mançester Yunayted”, “Real”, “Los Anceles Qalaksi”, “Milan” və PSJ-də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button