Pepe üçün 90 milyon avro

Fransanın “Lill” klubunun futbolçusu Nikolas Pepe yay transfer pəncərəsi dövründə komandasını dəyişə bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu İtaliyanın “İnter” və İspaniyanın “Atletiko” klubunun hədəfindədir. Futbolçu ilə ilkin danışıqlara başlayan “İnter”, onun üçün bonuslarla birlikdə 90 milyon avro təklif edib.

Eyni zamanda, Antuan Qrizmannın ayrılığından sonra futbolçu axtarışlarını davam etdirən “Atletiko” da Pepe üçün hərəkətə keçməyə hazırlaşır. Madrid klubunun hazırladığı təklifin detalları məlum deyil.

Pepenin gələcək karyerası ilə bağlı qərar vermədiyi bildirilir.

2017-ci ildən “Lill”in şərəfini qoruyan Fil Dişi Sahilindən olan futbolçu, son mövsümdə iştirak etdiyi 41 oyunda 23 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button